Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla bağlı suallara cavab verib.
AZXEBER.COM xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan aktrisa oğlu Osmandan söz açıb.
O, Şəhriyyarla oğlunun münasibətləri haqda danışıb:
"Oğludur, övladıdır, məsuliyyəti onun boynundadır. Amma əsas yük xalamın boynundadır. Arada düşünürsən ki, xaladır, doğma nənə deyil. Osmanla onun münasibəti necə belə oldu? Onların arasında o qədər böyük sevgi münasibəti var ki... Xalamın nəvələri var, amma Osmanı daha çox istəyir. Osman deyir ki, ən çox səni istəyirəm, çünki qadınsan. Sonra atasını və xalamı deyir".