Oğluna görə vəzifəsindən çıxarılan Mübariz Mədətov dünyasını dəyişdi

Oğluna görə vəzifəsindən çıxarılan Mübariz Mədətov dünyasını dəyişdi
SOSİAL
12:45 23.11.2018
5560
"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.

AZXEBER.COM xəbər verir ki, Unikal.org-a yaxınlarının verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Allah rəhmət eləsin!

Xatırladaq ki, "Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobil ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Xatırladaq ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.
OXŞAR XƏBƏRLƏR