Oğlundan Zaura ad günü təbriki: "Nə yaxşı ki, mənim atamsan"

Oğlundan Zaura ad günü təbriki: "Nə yaxşı ki, mənim atamsan"
MAQAZİN
10:37 19.12.2025
191
Aparıcı Zaur Kamal ad gününü qeyd edir.
 
AZXEBER.COM xəbər verir ki, onun oğlu Bartu sosial media hesabında atasını təbrik edib.
 
"Ata, ad günün mübarək! Sənə uzun ömür, cansağlığı arzulayıram. Həmişə belə pozitiv və cavan qalasan. Əziz atam, nə yaxşı ki, sən mənim atamsan. Səni təmənnasız çox istəyirəm. Sənin varlığın, kölgən, dəstəyin və duaların həmişə mənimlə olsun. Arzulamıram ki, heç vaxt qocalmayasan – istəyirəm ki, qəlbin həmişə gənc, ruhun həmişə sağlam olsun. Ad günün mübarək, atam!", - deyə Bartu mesajında bildirib.
 
Qeyd edək ki, aparıcı Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olub. O, bu gün 51 yaşını qeyd edir.
 
Aysel


 

OXŞAR XƏBƏRLƏR