ABŞ-da San-Fransisko sakini Riçard Barea “Google maps”də ölmüş oğlunun meyitinin şəkilini tapıb.
AZXEBER.COM “Mignews”a istinadən xəbər verir ki, 14 yaşlı oğlan 2009-cu ildə qətlə yetirilib.İnternetə yerləşdirilən şəkildə dəmir yolu yaxınlığında yerdə uzanmış insan silueti, cəsədin yanında daha bir neçə nəfər də durduğu və yaxınlıqda polis maşınının dayandığı görünür.“Mən bu şəkili görəndə hər şey yadıma düşür. Özümü pis hiss edirəm, elə bil oğlumu dünən qətlə yetiriblər”, - deyə Barea bildirib.İndi amerikalı “Google”dan ölənin ruhuna hörmət əlaməti olaraq oğlunun meyitinin şəkilini servisdən çıxartmağı xahiş edir.Məktəblinin dörd il bundan qabaq qətli faktı ilə bağlı iş hələ də açılmayıb. Lakin onun meyitinin şəkili servisin şəhifəsində qalmaqdadır.