İstanbulun Beylikdüzü qəsəbəsində gözəllik mərkəzində omba böyütmə əməliyyatı zamanı vəfat edən Kübra Boyraz Solmazgülün cinayət işi ilə bağlı qərar verilib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Böyükçekmece 13-cü Asliye Cəza Məhkəməsində keçirilən prosesdə Kübra Boyraz Solmazgülün həkimi Öner Özsoyeri və digər tərəflər iştirak edib.
Məhkəmə Öner Özsoyerinin "ehtiyatsızlıqdan insan ölümünə səbəb olma" maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Öner Özsoyeri son müdafiəsində əməliyyatı edənin o olmadığını söyləyib. O bildirib ki, əməliyyatda həkim kimi iştirak etməyib:
"Mən günahsızam, bəraət hökmünü istəyirəm. Prosedur zamanı otaqda belə olmamışam”.
Şəbnəm