Ombudsman AZƏRTAC-ın jurnalistinə qarşı davranışı PİSLƏDİ

Ombudsman AZƏRTAC-ın jurnalistinə qarşı davranışı PİSLƏDİ
SİYASƏT
21:15 06.12.2023
309
"Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın "arzuolunmaz şəxs” olaraq ölkədən çıxarılması, Yeni Kaledoniya polisinin azərbaycanlı jurnalistə qarşı qəddar rəftarı bu ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin heçə sayılmasının, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyət tətbiq olunmasının, söz, mətbuat azadlığının, informasiya əldə etmək hüququnun sərt şəkildə pozulmasının bariz göstəricisidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva AZƏRTAC-ın əməkdaşının "arzuolunmaz şəxs” olaraq Yeni Kaledoniyadan çıxarılmasına münasibət bildirərkən deyib.

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Hazırda dünyada bu mühüm sənədin 75 illik yubileyinin qeyd olunduğu ərəfədə özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə belə neqativ halların baş verməsini şiddətlə qınayıram.

Eyni zamanda, bu davranış Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci (Azadlıq və sərbəst hərəkət etmək hüququ) və 19-cu (Sərbəst fikir və ifadə azadlığı) maddələrinin, eləcə də Fransanın ali qanunvericilik aktı olan Konstitusiyasının müddəalarının da kobud şəkildə pozulması deməkdir.

Uzun illər müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu cür addım atması öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınması kimi dəyərləndirilməlidir.

Xatırlatmaq istərdim ki, bu cür rəftar Fransanın Azərbaycan jurnalistlərinə qarşı törətdiyi ilk belə əməl deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Televiziyasının bu ölkədə çəkiliş aparan əməkdaşları hücuma məruz qalmış, onlara xəsarət yetirilmiş və texnikaları əllərindən alınmışdır.

Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşına qarşı qəddar davranışlarını, onun fəaliyyətinin məhdudlaşdırılmasını, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulması halını qətiyyətlə pisləyirəm”, - Ombudsmanın açıqlamasında qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq