Ombudsman bələdiyyə seçkilərində səs verdi

Seçki2024
10:16 29.01.2025
79
Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində iştirak edib.

Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.

S.Əliyeva səsvermə hüququndan istifadədən sonra səsvermə prosesini müşahidə edib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

OXŞAR XƏBƏRLƏR