Ombudsman BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatını pislədi

Ombudsman BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatını pislədi
SİYASƏT
14:26 08.08.2023
430
"Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının bəyan edildiyi təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi özündə irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təmini və ayrı-seçkiliyin qadağan olunması prinsiplərini ehtiva edir".

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın münasibətində bildirilib.

"Hesab edirik ki, bu sənəd BMT-yə üzv dövlətlərlə yanaşı, BMT-nin insan hüquq müdafiə mexanizmi sisteminə aid olan qurumların da əsas istinad mənbəyi olmalıdır.

Lakin 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bir milyondan çox qaçqın və keçmiş məcburi köçkün insanların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtmasına ciddi maneə olan mina terroruna hər hansı bir reaksiya verməyən, susqunluq nümayiş etdirən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli siyasi məqsədlərə xidmət edən və həqiqəti əks etdirməyən bəyanatlar verməsi ilk olaraq BMT tərəfindən müəyyən edilmiş norma və prinsiplərin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir.

Bununla bağlı beynəlxalq və regional insan hüquq müdafiə təşkilatlarına ünvanladığımız bəyanatlara əlavə olaraq, bir daha diqqətə çatdırmaq istərdik ki, Xankəndi-Laçın yolunda humanitar məqsədlərlə nəqliyyat vasitələrinin və Qarabağda yaşayan erməni əsilli sakinlərin keçidinə heç bir maneə yoxdur və Azərbaycan "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həmin yolda təhlükəsiz keçidi təmin etməkdədir.

Bu gün Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə BMT tərəfindən tanınmış suveren ərazisində "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi də özünün müvafiq qərarında bu addımın legitimliyini tanıyıb.

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə, regionda sülh quruculuğu prosesinə maneə törədən və vəziyyətin gərginləşməsinə şərait yaradan bəyanatlar verməkdən çəkinməyə, bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə, Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi üçün sərgilədiyi səylərə dəstək verməyə çağırırıq", - məlumatda vurğulanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik