Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib

Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib
SİYASƏT
16:19 30.10.2023
230
"Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) jurnalistlərə açıqlamasında bildirib.

"Gözləyirik ki, tez bir zamanda xəbər alaq”, - Ombudsman qeyd edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb, saxta ittihamlarla qanunsuz olaraq həbs olunublar.
OXŞAR XƏBƏRLƏR