Ombudsman: Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır

Ombudsman: Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır
SOSİAL
10:44 03.03.2025
410
Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, təhsil sisteminin müxtəlif sahələri üzə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalır:

"Müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur”.

Eyni zamanda təhsil hüququ ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə təhsil müəssisələrində mövcud olan çatışmazlıqlar, eləcə də müəssisə rəhbərlərinin təlim-tədris prosesinin təşkilinə laqeyd münasibəti kimi hallar öz əksini tapıb.

Həmçinin qeyd olunub ki, müəllim çatışmazlığı və ya şagird azlığı səbəbindən regionlarda bəzi orta ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi həyata keçirilir:

"Xüsusən ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan, belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır. Odur ki, "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları"na yenidən baxılması, təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün həmin təhsil müəssisələrində müəllim sayının artırılması məqsədəmüvafiq hesab edilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək
18:30 11.05.2025
Qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
18:25 11.05.2025
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək