“Omikron” digər ştamlardan nə ilə fərqlənir? - ARAŞDIRMA

SAĞLAMLIQ
21:47 30.11.2021
312
Çin alimləri müəyyən ediblər ki, koronavirusun yeni ştammı "Omikron” sürətlə yayılır, çox dayanıqlıdır və immunitet sistemini parçalayır.

Qeyd edilir ki, koronavirusun bu növü çox sayda mutasiya yaradır. Bu da öz növbəsində, bu ştammın SARS-CoV-2-nin əvvəlki versiyaları ilə müqayisədə daha davamlı olmasına gətirib çıxarır.

Həmçinin, "Omikron” sürətlə yayılır. Son məlumatlara görə, o, rekord dərəcədə qısa müddətdə nüfuz edə bildiyi populyasiyalara hakim olmağa başlayır.

Bundan əlavə, "Omikron” artıq insan orqanizmində formalaşmış koronavirusa qarşı immuniteti də aradan qaldırmağa qadirdir.

Bununla yanaşı, çinli ekspertlər hesab edirlər ki, "Omikron”un təhlükəsi barədə yekun nəticə çıxarmaq hələ tezdir.

OXŞAR XƏBƏRLƏR