"Omikron" ştamı 63 dövlətdə aşkarlandı

"Omikron" ştamı 63 dövlətdə aşkarlandı
DÜNYA
06:28 13.12.2021
303
Koronavirusun (COVİD-19) yeni "omikron" ştamının aşkarlandığı ölkələrin sayı artıb.

AZXEBER.COM Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, dekabrın 9-dək koronavirusun sözügedən ştamına yoluxma halları ÜST-nin bütün 6 regionu üzrə 63 dövlətdə qeydə alınıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.
OXŞAR XƏBƏRLƏR