Yekaterinburqda 27 iyun tarixində Rusiya hüquq-mühafizə orqanlarının hərəkətləri nəticəsində azərbaycanlı mənşəli vətəndaşların həlak olması və xəsarət alması ilə nəticələnən faciədən sonra Voronej şəhərində də azərbaycanlılara təzyiqlərlə bağlı məlumatlar yayılıb.
AZXEBER.COM Haqqin.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, "Alekseevski” bazarında insident baş verib.
Belə ki, rus sürücü ərzaqları boşaltmaqdan imtina edib, təhdidlərə keçib və hadisə yerinə "Rus icması” adlanan qrupdan insanları çağırıb.
Qısa müddət sonra azərbaycanlıların guya "bıçaqla hədələdiyi” barədə məlumatlar yayılıb. Bundan sonra reydlər başlayıb. Bazara OMON qüvvələri cəlb edilib.
Şahidlərin sözlərinə görə, əsasən azərbaycanlılar saxlanılıb.
Sahibkarlara mallarının məhv ediləcəyi və yük maşınlarının yandırılacağı ilə təhdidlər edilib.
Hadisə yerindən görüntüləri təqdim edirik: