“Ona qalsa, Azərbaycanın yarısı boşanıb” - Cümşüd Nuriyev üzr istədi

“Ona qalsa, Azərbaycanın yarısı boşanıb” - Cümşüd Nuriyev üzr istədi
SOSİAL
22:30 27.11.2019
9873
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin "Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə öz sərt mövqe bildirib.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan sabiq sabiq deputat məsələyə aydınlıq gətirib.

"Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir. Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb. Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim”, - deyə Cümşüd Nuriyev bildirib.

Sabiq deputat hüquq müdafiəçisi Novella Cəfəroğlunun ona qarşı səsləndiridyi sərt fikirlərə də münasibət bildirib: "Bu cür xırda şeyləri böyütməsinlər. Bir daha qeyd edirəm ki, söhbət mayın 15-də parlamentin şüşələrini sındıran, içəri girib deputatları kişi söyüşü ilə söyüb, onların qalstuklarından dartıb, yaxasını cıran bir neçə qadından söhbət gedir. Onların arasında bir dənə də olsun, ziyalı yox idi. Özünə hörmət edən qadın heç vaxt kişi söyüşü söyməz. Həmin qadınların ikisi Kənd Təsərrüfatı Nazirliyində mənim işçim olub. Həmin qadınların əlindən hər kəs dad edirdilər. İndi məsələni bu kontekstə çəkmək alınmayacaq. Dünya dağılsa da mən qazi qadınlar haqqında o cür ifadələr səsləndirmərəm. Azərbaycan qadınına, xüsusən də ziyalılara mənim böyük hörmətim var. Bir daha xatırladıram ki, özüm Qarabağ müharibəsi veteranıyam. Biz çalışırdıq ki, yanımızdakı qadınları, ana-bacılarımızı qoruyaq. Biz onlarla həm qürur duyurduq, həm də daha qeyrətlə vuruşurduq”.

Cümşüd Nuriyev müsahibəsindəki "ərsiz qadınlar” ifadəsinə də aydınlıq gətirib: "Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara dur deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib