Ona qartopu atan 10 yaşlı qızı zorlamaq istədi

DÜNYA
14:26 19.12.2013
1863

Moskva ətrafındakı Voskresenkdə 10 yaşlı qızın cinsi toxunulmazlığına qarşı cinayət törətmək faktı üzrə 44 yaşlı kişiyə qarşı cinayət işi açılıb.

AZXEBER.COM-un Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb 10 yaşlı qızın həmin kişiyə qartopu atması olub.Rusiya Federasiyası Moskva vilayəti üzrə İstintaq Komitəsi idarəsindən verilən məlumata görə, dekabrın 19-da Voskresenk şəhərinin hüquq-mühafizə orqanlarına yerli sakinin naməlum şəxs tərəfindən 10 yaşlı qıza zorakılıq hərəkətlərinin edilməsi barədə müraciəti daxil olub.Tezliklə şübhəli şəxs - 1969-cu il təvəllüdlü yerli sakin istintaq şöbəsinə gətirilib.Məlum olub ki, məktəbli qızın atdığı qartopu həmin şəxsə dəyib. O isə hirslənərək onu tutub və evinə gətirib. Saxlanılan şəxs evində 10 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

OXŞAR XƏBƏRLƏR