Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Euronews” televiziya kanalını Bakı 2015 Avropa Oyunlarını passiv işıqlandırmaqda ittiham edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə şöbə müdiri tvitter hesabında yazıb:
“Euronews TV kanalı qərəzsiz media orqanı olduğunu göstərə bilmədi. Avropa ölkələrinin idmançılarının iştirak etdiyi möhtəşəm açılış mərasiminə ayırdığı vaxt Euronews-un mahiyyətini ortaya qoydu
Amma bu kanal 2 “gay”in evlənməsi xəbərini 1 həftə saatda 4 dəfə göstərməyi vacib hesab edir”.