“Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu

“Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu
MAQAZİN
11:33 18.03.2019
4907
Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, Musavat.com-a açıqlama verən ifaçı deyib ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır:  "Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin. Biz olmasaq, efir kimdən reytinq qazanacaq? Bizim fanatlarımız verilişlərimizi izləyirlər, maraqlanırlar. Toya çağıranlar da bizi yalnız efirdə görməyib ki... Çoxu sosial şəbəkədən, "Youtube” kanalımda izləyir, bəyənir, dəvət edir.

Məgər, hər kəsi toya buraxırlar? İnsanlar namuslu, geyimini, davranışını bilən müğənniləri məclisinə dəvət edir, ailəsinin içinə buraxır. Hazırda Rusiya toylarını biz bəzəyirik. Rusiya toyları üçün mənə 6-7 min dolları bəh-bəh ilə verirlər, çünki məni sevirlər. Bunu heç vaxt danmıram. Azərbaycan şou-biznesində normal adam yoxdur ki, çıxıb desin, onu oxuduğu pop, caz saxlayır, toya ehtiyacı yoxdur. Çoxunun ürəyi partlayır ki, kaş, onları da dəvət edib, 5 manat xeyir verələr. Deyirlər ki, siz dünənin uşağısız, niyə toya gedirsiniz, biz illərin sənətkarıyıq, toya dəvət almırıq?! Bu xalqın seçimidir. "Toy müğənniləri efirə çıxmasın” deməklə xalqa hörmətsizlik edirlər. Xalq bizi sevir, efirə çıxırıq, əcəb edirik. Mən konservatoriyada muğamı bitirmişəm, vokal dərsi almışam. Caz da, muğam da, pop da oxuyaram. Oxumuram, cibimi nə doldurursa, onu oxuyuram”.

Qeyd edək ki, son günlər televiziyalarda müğənnilərə daha çox yer verilməsi müzakirələrə səbəb olub. Bir çox sənət adamı kimi xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də efirlərə toy müğənnilərinin çıxarılmasına qarşı çıxıb. F. Əlizadənin tənqidləri müğənnilər tərəfindən birmənalı qarşılanmayıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekrem İmamoğlu saxlanıldı
08:56 19.03.2025
Ekrem İmamoğlu saxlanıldı
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
08:46 19.03.2025
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 19.03.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib