"Onlar çıxışlarına, atdıqları addımlara fikir verməlidirlər” - Deputat İrandan danışdı

"Onlar çıxışlarına, atdıqları addımlara fikir verməlidirlər” - Deputat İrandan danışdı
SİYASƏT
16:16 05.10.2021
685
"Azərbaycan heç vaxt İranın və ya başqa ölkələrin daxili işlərinə qarışmayıb, bizim əməl etdiyimiz məsələlərə onlar da əməl etməlidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
 
O, qeyd edib ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərinin tərəfdarıdır: 

"Mən bunu demişəm, yenə də qeyd edirəm ki, Azərbaycan heç vaxt İranın və ya başqa ölkələrin daxili işlərinə qarışmayıb, Ümumiyyətlə, biz İrana aid olan sanskiyalarda iştirak etmirik. Biz Azərbaycan dövləti kimi bunlara əməl edirik, İran da bu məsələlərə əməl etməlidir. Bizə qarşı olan düşmənin dəstəkləməməlidir. Eyni zamanda bölgədə olan bir çox məsələlərə dəstək verməlidir, terrorçu dövlət olan Ermənistana dəstək verməməlidir. Yəni regiondakı problemləri birlikdə həll etməliyik. Biz bunu istəyirik və bu, bizim tələbimizdir. Biz hər zaman İrana qarşı və digər dövlətlərə qarşı mədəni danışıqların olmasının tərəfdarı olmuşuq. Biz hamımız istəyərik ki, İranla normal qonşuluq münasibətlərimiz qorunsun”.

Deputat qeyd edib ki, Azərbaycan heç vaxt hədə ilə danışmağı qəbul etməyəcək: 

"Biz heç bir dövləti hədələmirik və bizimlə də hədə ilə danışmağı qəbul etmirik. Biz yalnız terrorçu dövlətlə hədə ilə danışırıq, hansı ki, onlar bizim torpaqlarımızı işğal edənlərdir. Biz qonşularımızla normal münasibət saxlamağın tərəfdarıyıq. Biz kimlərisə aşağılamaq, hədə-qorxu ilə danışmaq istəmirik. Onlar da çıxışlarına, atdıqları addımlara fikir verməldilər”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR