Onlar əxlaqsızlıqda doğulublar – FOTOLAR

DÜNYA
15:48 17.01.2014
2643
Sonaqaçi... Hindistanrın Kəlküttə şəhərinin bu məhəlləsi Asiyanın ən böyük əxlaqsızlıq məkanı sayılır. Bu məhəllədəki yüzlərlə yastı-yapalaq daxma fahişəxanadır və oralardakı qadınlar hər gün "müştəri" gözləyirlər.
Hər daxmada bir neçə qadın, bir neçə faciə, sınmış və çiliklənmiş həyat, məhv olmuş arzular, öləzimiş ümidlər.
Hindistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mütəşəkkil cinayətkar qruplaşmaların nəzarətində olan Sonaqaçidə 12 mindən artıq azyaşlı qız fahişəliyə vadar olunub.
"Onlar əxlaqsızlıqda doğulublar. Bu qızların anaları bədənlərini satan qadınlardır və övladlarını da əxlaqsızlığa vadar edirlər. Sonaqaçidə elə daxma yoxdur ki, orada qadın bədənini satmasın. Həmin qadınların doğduqldarı qızların da bir peşəsi, bir seçimi, bir yolu olur - fahişəlik..." - polis mayoru Radulal Sinqh deyib.
Londonlu fotoqraf, 21 yaşlı Souvid Datta Sonaqaçini dolaşaraq "Uşağın qiyməti" (The Price of a Child) adlı fotoseriya hazırlayıb.
Sonaqaçi 2004-cü ildə "Oskar" mükafatına layiq görülmüş "Əxlaqsızlıqda doğulmuş" sənədli filminin çəkildiyi məkandır.
Kəlküttənin bu gecəqondu məhəlləsində doğulan qızlar yeniyetməlik yaşına çatan kimi bədənlərini satmağa vadar olunurlar. Onların qiyməti "1 müştəri-2 dollar" kimi müəyyənləşdirilir.(milli.az)

OXŞAR XƏBƏRLƏR