"Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər"

SİYASƏT
16:57 21.05.2020
660
"Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

"Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır", - dövlət başçısı vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:05 05.06.2020

Kürdə 18 yaşlı oğlan batıb

16:20 05.06.2020

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

16:11 05.06.2020

“Brent” neftinin qiyməti 41 dolları ötdü

16:09 05.06.2020

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

15:44 05.06.2020

Təhsil haqqı ilə bağlı tələbələrə müraciət

15:27 05.06.2020

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

13:15 05.06.2020

İcra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib

12:56 05.06.2020

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA