"İndiki müğənnilərin heç biri nə Aygün, nə də Röya ola biləcək".
AZXEBBER.COM xəbər verir ki, bu sözləri müğənni Ülviyyə Namazova deyib.
"Rəngarəng" verilişində qonaq olan müğənni həmkarlarının bəzi iddialarını yalanlayıb:
"İndi hamı toya baha qiymətə gedə bilər, pul verib mahnı ala bilər. Amma söhbət sənətdən gedirsə, indiki müğənnilərin heç biri, içi mən qarışıq nə Röya, nə də Aygün ola biləcəklər. Çünki bu iki sənətkar kimi sənətinə yatırım edən, pul xərcləyən başqa müğənni yoxdur. Hər şey pulda da deyil, sənət göstərmək lazımdır. Vəfanın Sərdar Ortacla duet oxumaq üçün 150 min manat verdiyinə inanmıram, o qədər baha olmaz. Amma Yıldız Tilbe sənətkardır, ona 100 min vermək olar".
Aysel










































