Ramilə ƏLİYEVA
Ermənilərin, xüsusilə onların xaricdə yaşayan diasporasının masa üstü kitabı artıq illərdir ki, Zori Balayanın "Ocaq" kitabıdır. Saxtalıqlarla dolu "böyük Ermənistan xülyasını" propoqanda edən kitab səhifələrində yazılan saxtalıqları ermənilər əzbər bilməyi özlərinə borc sayırlar.
Bizə saxtalıqları əzbərləməyə gərək yoxdur. Olanları bilsək yetərlidir. Tarix boyu xalqımıza xas olan bir xüsusiyyət olub: "Başqasına aid olana heç vaxt göz dikmərik. Özümüzə aid olanı da başqasına vermərik" Fransanın "qondarma erməni soyqarımına" göstərdiyi loyallıq bizi bir daha oyaq olmağa çağırır. Vətəndaş cəmiyyətinin, adi insanların etdikləri bəzən böyük dövlətlərin tarixdə buraxa bimədiyi izləri buraxa bilər. 1989-cu ilin noyabr ayında ABŞ senatı 1990-cı ili "erməni soyqırımı ili" elan etməyi təklif etdi. Bu elandan sonra Strazburqun Şərq Araşdırmalar İnstitutunun direktoru Pier Dyumon Avropa və Amerika mətbuatında sensasiyalı bəyanat yaydı. Pier Dyumon açıq şəkildə, qondarma erməni soyqırımının tanınmasında maraqlı olan siyasətçilərin 70 il ərzində əsaslandıqları Osmanlı İmperiyasının Türkiyə ərazisini tamamilə erməni əhalisindən təmizlənməsi haqqında ölkə ordusuna ünvanladığı xüsusi teleqramın heç vaxt mövcud olmadığını bildirdi. Bəyanatdan sonra tanımış alım, Birinci Dünya müharibəsinin ilk üç ayını təqdim edən syujet xəttini Avropa və Amerika mətbuatında yaydı.Müharibənin Türkiyə şərqində erməni ticarət burjuasının, rus və inglis məsləhətçilərinin köməyi ilə boyeviklər dəstəsi yaradıldı, rus və inglis tüfəngləri, plyumotları ilə silahlandırdılar. Bu arada qeyd etmək yaxşı olardı ki, Türkiyə üçlü ittifaq tərəfində, yəni Rusiya İmperiyası və İngiltərəyə qarşı vuruşurdu. Boyeviklərin əməlləri nəticəsində 60 min dinc əhali olan kürd və türk öldürülür. Qeyd etmək istərdim ki, Pier Dyumon araşdırmaları zamanı tək Türkiyə arxivlərindən deyil, həmçinin İngiltərə və Fransanın Xarici İşlər Nazirliyinin arxivlərindən istifadə edib. Bu məlumatların əksəriyyətini məhz Fransa və İngiltərə arxivlərindən götürüb. Pier Dyumon araşdırmalarına əsasən boyeviklərin on minlərlə həlak etdiyi sakinlərin sayının günü-gündən artığını görən Türkiyə hökuməti erməni boyeviklərinin tələblərini qəbul edir və Şərqi Türkiyənin Rusiya İmperiyası tərəfindən akkupasiya edilməsinə razılıq verir. Boyeviklər tərəfindən əzilən kürdlər, bu zaman boyeviklərin hərbi birləşmələrinə qarşı partizan müharibəsi elan edirlər. Rus ordusu və boyevik dəstələri Rusiya İmperiyası ərazilərinə, Zaqafqaziyaya qaçmağa başlayırlar. Pyer Dyumon boyeviklərin türk qiyafələrinə bürünüb erməni kəndlərinə hücum etməklərinə dair də bir çox faktlar misal gətirir. Alim Pier Dyumon qeyd edir ki, Türkiyənin 1915-ci ilə qədərki yüzilliklər tarixində ermənilərin kütləvi izlənməsi, sıxışdırılmasına dair bir fakt belə görmək mümkün deyil. Daha artıq, ermənilər 1915-ci ilə qədər Türkiyə hökumətində yüksək rütbəli vəzifələrdə olublar. Bunu tarixi faktlar sübut edir. 1915-ci ildə erməni boyeviklərinin türklər və kürdlərin başına gətirdikləri müsibətlərin bir cavabı olacağından qorxub 400 minə yaxın erməni Türkiyədən, qonşu Rusiyaya, yaxın Şərqə və bir sıra Avropa ölkələrinə emiqrasiya etmişlər. Bu gün isə Türkiyədə on minlərlə erməni yaşayır və Türkiyə vətəndaşının malik olduğu hüquqlara malikdirlər. "Adi, dinc sakinlər olan türklərin, kürdlərin və ermənilərin öldürülməsi hər iki tərəfin, həmçinin əcnəbi akkupant orduların hərbi hərəkətlərinin qanuna uyğun nəticəsi idi. Bu heç bir halda soyqırım sayıla bilməz. Bu hadisələr ətrafında spekulyasiya, hadisələr zamanı ölən ermənilərin sayını 2 milyona gətirib-çıxarıb. Amma faktdır ki, tarixin o dövründə Rusiya İmperiyası və Türkiyədə yaşayan ermənilərin sayı 1,4 milyondan çox olmayıb" - deyir Pier Dyumon. 1989-cu ildə ABŞ senatında 1990-cı ilin "erməni soyqırımı ili" alandırılması ilə əlaqəli ABŞ-ın yəhudilər icmasının rəhbəri öz çıxışında demişdi: "Bəşəriyyət tarixi yalnız bir soyqırım tanıyır - yəhudi xalqının soyqırımını. Lakin biz yetərincə qürurluyuq ki, faciədən ucuz tamaşa düzəldək".