Əfsələddin Ağalarov
Qəribədir.
Əsrlərlə neftin üstündə gəzişmişik. Torpağı əkib-becərmişik, üstündə əncir ağacı bitirmişik. Sulamışıq, böyütmüşük, dərib yemişik. Amma heç kimin ağlına gəlməyib ki, o əncirin altında sərvət yatır.
İki rus əsilli mühəndis tarixdə ilk dəfə mexaniki neft quyusunu məhz Bakıda qazdı. Fontan...
***
Son 5-6 ilin hadisəsidir. O vaxtdan indiyə bu mövzu çoxumuzun qırmızı xəttidir.
Kim bizə "Azəri” deyirsə, bu cavab qaçınılmazdır: "Bizə ‘Azəri’ yox, Azərbaycan türkü deməlisən!”
Niyə "Azəri” yox, Azərbaycan türkü deyilməli olduğunu ilk dəfə o, tam açıqlamışdı. Özü də canlı efirdən.
İlber Ortaylı.
***
İki il öncə Bakıda onunla görüşə minlərlə Azərbaycan gənci gəlmişdi. Kənardan maraqla onlara baxırdım.
Niyə hansısa auditoriyada alimin dərsində oturub zəngin saatını güdən tələbə ilin-günün bu vaxtı 15 manatından keçib, qan-tərin içində bura gəlir?
O da alimdi, görüşünə tələsdiyi adam da. Elə yaşları da bir-birinə yaxındır










































