Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncamda aşağıdakı göstərişlər verilib:
“1. Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İbrahimov Şikar Allahverdi oğlu
İslamov İslam Zəli oğlu
Yusubov Namaz Puti oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.