"Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik"

"Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik"
SOSİAL
10:18 02.01.2018
5232
Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

AZXEBER.COM bildirir ki, bu barədə lent.az-a "Gilavar" Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək: "Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli dağçıdır. Baburun üzərində 27 kq-lıq ruqzak olub, ola bilməz ki, bu sumkadan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırılar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".
OXŞAR XƏBƏRLƏR