Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
SOSİAL
09:30 27.02.2026
275
Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlər, travma və yaralanma nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif olunur.
AZXEBER.COM xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.