“Onların yaşayışı yaşayış deyil” - Deputat

“Onların yaşayışı yaşayış deyil” - Deputat
SOSİAL
14:01 01.09.2016
1280
“Referendumda səs verməyə çıxarılan bütün təkliflər və dəyişikliklər Azəraycan dövlətinin, dövlətçiliyinin güclənməsinə xidmət edir”.AZXEBER.COM xəbər verir ki, Milli Məclisin üzvü Məlahət İbrahimqızı sentyabrın 26-da keçiriləcək referendumu şərh edərkən belə deyib. Deputat bildirib ki, referendumun təbliğatını güclü aparmaq lazımdır: “Bir müstəqil dövlətin vətəndaşı olmaq insan üçün şərəf və qürurdur. Müstəqil olmayan dövlətdə olan xalqların yaşayışını yaşayış hesab etmirəm. Bu referendumda biz təbliğatımızı güclü aparmalıyıq, əhalini maarifləndirməliyik. Onsuz da əhali referendumdan xəbərdardır. Xalq dünyada gedən prosesləri görür və dərk edir. Yaxınlığımızda nələrin baş verdiyini görür. İndi gücü olmayanları əzirlər və özlərinin əsarəti altına keçirmək istəyirlər. Ona görə də bu referdumda hamımız səs verməliyik. Təklif olunan təkliflər və düzəlişlərə səsimizi verməklə dövlətimizin siyasi sisteminin güclənməsinə xidmət etmiş olarıq”.
OXŞAR XƏBƏRLƏR