Qəzza hökuməti 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında İsrail tərəfindən həbs edilən fələstinlilərdən 36-nın işgəncələrə məruz qalaraq dünyasını dəyişdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, nəzarətə alınan fələstinlilərə elektrik cərəyanı, sistematik aclıq, zəncirlə asılma kimi müxtəlif işgəncələrə məruz qaldıqları bildirilib.
İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həbsdə olan ümumilikdə 54 fələstinlinin həyatını itirdiyi bildirilib.
Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb:
"İsrail həbsxanalarında məhbusların yaşadıqları fəlakətin miqyası çox böyükdür. Məhbuslar görünməmiş, dəhşətli və qeyri-insani həyat şəraiti ilə üzləşirlər. İsrail Qəzzalı məhbuslara qarşı insanlığa qarşı cinayətlər, xüsusilə həbs cinayətləri törətməkdə davam edir. Beynəlxalq qurumların səhlənkarlığı ucbatından , İsrail həbsxanaları minlərlə fələstinli məhbus üçün kütləvi məzarlıqdır".
Açıqlamada, həbs edilən fələstinlilərə qarşı dəfələrlə əl-ayaqlarını bağlamaq, uzun müddət gözlərini bağlamaq, elektrik cərəyanı vurmaq, ac qoymaq, zəncirlə asmaq, bədənlərini iti alətlə deşmək kimi müxtəlif işgəncələrin həyata keçirildiyi də bildirilib.
Oksana