"OnlyFans" hesabı üzə çıxan müəllim məcburi məzuniyyətə göndərildi

"OnlyFans" hesabı üzə çıxan müəllim məcburi məzuniyyətə göndərildi
DÜNYA
11:31 03.10.2023
909
ABŞ-da 28 yaşlı müəllim cinsi görüntülərinin paylaşıldığı OnlyFans-da hesabı olduğu üzə çıxdıqdan sonra məktəb rəhbərliyi tərəfindən məcburi məzuniyyətə göndərilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qadın müəllim hadisədən sonra açıqlama verərək bildirib:
 
"Yəqin ki, bir daha dərs deyə bilməyəcəm. Amma bu riski bilirdim. Kədərlənirəm və tələbələrim üçün darıxıram".

28 yaşlı müəllim cinsi görüntülərin paylaşıldığı OnlyFans hesabını əlavə gəlir əldə etmək üçün yayın əvvəlində açdıqlarını bildirib.

Müəllim keçən il peşəsindən cəmi 42 min dollar qazandığını, OnlyFans hesabından isə aylıq orta hesabla 8 min ilə 10 min dollar arasında gəlir əldə etdiyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR