Onu şantaj edən qohumunu öldürdü: bədənini hissələrə parçaladı: Dəhşətli qətlin təfərrüatı

Onu şantaj edən qohumunu öldürdü: bədənini hissələrə parçaladı: Dəhşətli qətlin təfərrüatı
DÜNYA
10:18 28.07.2017
5025
Dönərçilik edən Sami Y. (43) bir müddət əvvəl Batman rayonundan qan davasından qaçaraq Ankaraya köçüb. Sami Y. -nin 36 yaşlı bacısının əri Süleyman Ö. 10 iyulda qaynının dönərçi dükanına gedərək pul istəyib. Hirslənən qayın yeznəsini başından silahla vurub.

Sami Y. hadisə yerində ölən qohumunun cəsədini itirmək üçün qorxunc bir plan qurur. Başını kəsərək bir vedrəyə qoyub, betonlayan Sami Y. qol və ayaqları da gövdədən ayıraraq paketlərə doldurub. Ortağı və eyni zamanda sevgilisi olduğu iddia edilən C.K. adlı qadınla birlikdə 11 iyul gecəsi cəsəd parçalarını avtomobilə daşıyıb. Mərhumun kəsik başının olduğu vedrə bataqlıq sahəyə atılıb. Qol və ayaqların olduğu torba isə boş ərazidə gizlədilib. Gövdə hissəsi isə  həmin yerdən bir kilometr aralıya atılıb.

Süleyman Ö.-nün bacısı A. Ö. polisə gedərək yoldaşının itkin düşdüyünü bildirib. Polis istintaqdan sonra tapdığı qol, ayaq və ayaqqabını A.Ö.-ya göstərib. Süleyman Ö.-nün son olaraq qaynının dükanına getdiyini müəyyən edən polis ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Sami Y. -nin dükanında qara paketlərin daşındığı aşkar edilib.

Sami Y. -nin iş yerini təqibə başlayan polislər dönərxananın bir çox əşyasının dəyərindən çox aşağı qiymətə satışa çıxarıldığını müəyyən ediblər. Nəzarətə alınan və bacısı ərini öldürdüyünü etiraf edən Sami Y. cəsədin başını bataqlıq sahəyə atdığını söyləyib. Dalğıc polislər bataqlıq sahədə axtarış edərək, betonlanan kəsik başı tapıblar.

Sami Y. ifadəsində: "Bacımın əri qumar oynayırdı, məndən pul alırdı. Məni Batmandakı qan davam olan şəxslərə ünvanımı verməklə təhdid etdi. Qəzəbləndim, öldürdüm. Polis məni tapmasın deyə başını kəsdim. Cəsədi asan daşımaq üçün parçaladım", - deyib.

Sami Y. həbs edilib. 35 yaşlı sevgilisi C.K. məhkəmə zalından sərbəst buraxılıb. C.K. ifadəsində "Torbalarda cəsəd olduğunu bilmirdim" , - deyib. Sami Y. cinayəti törətdikdə C.K.-nın da onun iş yerində olduğunu desə də, kamera görüntüləri izləndikdə qadının Sami Y. -nın  iş yerinə cinayətdən bir neçə saat sonra getdiyi üzə çıxıb.
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR