"Hərdən deyirlər ki, palatka toyu palatka... Mən mərhum sənətkarımız Ağaxan Abdullayevlə çox məclislərdə olmuşam. O, həmişə deyirdi ki, "Əgər müğənni palatka toyu görməyibsə, o müğənni müğənni deyil". Birdə görürsən ki, instaqramda yazırlar ki, "Palatka müğənnisi".
AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, bu sözləri "5/5"də efirlərdə az-az görünən tanınmış xanım ifaçı Almaz Saraylı deyib.
Verilişin digər qonağı əməkdar artist Cavanşir Məmmədov "palatka" söhbətinə kəskin etirazı ilə yadda qalıb:
"Onu yazan adamlar "detdom"da böyüyüb? Onun atası, anası görməyib palatka toyu? Elə şey yazanın uzağı 25, 30, qoy olsun 40 yaşı. Onu yazanın anasının, atasının toyları palatkada olubdur. O vaxtı bu qədər şadlıq sarayı yox idi. Toyun fərqi yoxdur ki, harada olur olsun. Baxır sən necə oxuyursan, nə oxuyursan".