Onu yolda görən hər kəs Müslüm Gürses zənn etdi – FOTO/VİDEO

Onu yolda görən hər kəs Müslüm Gürses zənn etdi – FOTO/VİDEO
MAQAZİN
00:12 17.01.2023
642

Sivasda yaşayan 65 yaşlı Abdülkadir Bayrak sənətçi Müslüm Gürsəsə bənzərliyi ilə diqqət çəkib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, onu küçədə görən vətəndaşlar ona yaxınlaşaraq fotolar çəkdirir.

Sivaslı Abdülkadir Bayrak 3 mart 2013-cü ildə dünyasını dəyişən arabesk musiqisinin unudulmaz adlarından olan Müslüm Gürsəsə (Müslüm Baba) bənzərliyi ilə heyrətləndirir. O, küçəyə çıxanda vətəndaşlar tərəfindən sıx maraqla qarşılanır. Yaşı 7-dən 70-ə kimi hər kəs cib telefonunu götürərək Bayrakla xatirə şəkli çəkdirir. Əvvəl Müslüm Gürseslə görüşdüklərini deyən Bayrak məşhur sənətçinin bir-birinə bənzərliklərinin onu da təəccübləndirdiyini bildirib.

Abdülkadir Bayrak unudulmaz anlarından birinin onu küçədə görən uşağın qucaqlaması olduğunu deyib: "Müslüm Gürsəsə oxşamaq gözəldir. O, dəyərli və sevilən bir sənətçidir. Ona görə də belə olmaq gözəl hissdir. Məni görənlər həmişə şəkil çəkdirmək istəyirlər. Mən heç kimi incitmirəm və istəyənlə şəkil çəkdirirəm. Bir dəfə uşaqlardan biri məni görəndə "Baba” deyərək təəccüblənmişdi, o anlar xatirəmdə silinməz izlər qoyub”.

Ayşən


 

OXŞAR XƏBƏRLƏR