"Onun 5 arvadından biri mənəm, bundan həzz alıram" - Almaz Ələsgərli

"Onun 5 arvadından biri mənəm, bundan həzz alıram" - Almaz Ələsgərli
MAQAZİN
16:49 04.11.2016
31484

 

Əməkdar artist Almaz Ələsgərli "ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinə maraqlı açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, doğum gününü cah-cəlalsız, çal-çağırsız, sadəcə, dostları ilə bir araya gələrək keçirən Almaz Ələsgərli yaşının üstə yaş gəlsə də, o, bu dəfə nədənsə narahat deyil: "Mən doğum günümü piar etmədim. İstəmədim. Ancaq dostlarımla kiçik bir yığıncaq etdim. İnanın ki, mən onu istəmirdim. Bir tərəfdən qızım, o biri tərəfdən rəfiqələrim məni vadar elədilər ki, belə bir mərasim təşkil etdim. Pis də keçmədi. Dostlarım mənə çox dayaq oldular".

Daha sonra sənətçi bir çox məşhurların yaşlanmaq kimi olan qorxularından da söz açıb: "Artıq "25 yaş" az deyil. İllər ötüb. Ancaq demirəm ki, o illərə qayıtmaq istəyirəm. Həmin illəri artıq mən yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər doğum günündə deyirəm ki, axı niyə ağlayıram? Həmişə kövrəlirəm".

Əməkdar artist ona doğum günündə verilən canlı hədiyyədən ürəkdolusu danışıb: "Siz bilirsiz ki, mən heyvanları çox sevirəm. Evimdə çalışan bir qadın var. O, mənə "papuqay" hədiyyə olaraq gətirdi. Mən hələ indiyə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq "papuqay" onların burnunu dişləyir".

Rol aldığı tamaşalardan da söz açan Almaz xanım maraqlı açıqlamar səsləndirib: "Mən Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Mənim "Amerikalı kürəkən" tamaşam var idi. Artıq oynanıldı. Noyabr ayında tamaşalarımız çox olacaq. "Baladadaşın toy hamamı"nda varam. Sonra "Molla Nəsirəddinin beş arvadı" tamaşında Molla Nəsrəddinin beş arvadından birini oynayıram. "Arşın mal alan"da Cahan xala obrazını canlandırıram. "Talelər qovuşanda" və "Bankir adaxlı" tamaşasında da rolum var. Müğənniliyim öz yerində, yüksək səviyyədə. Bilirsiz müğənnilik və aktrisalıq bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Nə ora gecikmək lazımdır, nə də bura. Ora çalışıram ki, gecikməyim. Bu iki sənətlə yaşayıram və həzz alıram".

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA