"Onun ağlında seksdən başqa hər şey vardı"

"Onun ağlında seksdən başqa hər şey vardı"
KÖŞƏ
00:16 15.10.2011
3872
Elvis Preslinin qadınları Rok-n-roll kralı Elvis Presli həmişə qadınların əhatəsində olub. Qara və gur saçları, tünd mavi gözləri, ehtirası və möhtəşəm səsi ilə dövrünün ən gözəl qadınlarını valeh edən Presli həyatına daxil olan qadınlara müxtəlif adlarla müraciət edib. Məsələn, “Balaca”, “Kələkbaz”, “Jozefina” kimi ləqəblər verərmiş. Yüzlərlə qadınla münasibət yaşamasına baxmayaraq, bəzən onu “homoseksual”, “pedofil”, “impotent” adlandırarmışlar. Beləliklə, kral Elvisin cinsi həyatı və qadınları ilə tanış olun…Qleydis Presli – atlas dərili ilk qadın Elvis anasına “Satnin” adı ilə müraciət edirmiş. Daha sonra bu ləqəbi Cun Cuaniko və Prissila Presli üçün istifadə edib. “Satnin” ləqəbinin mənası atlas deməkdir və ingiliscə “satin” sözündən götürülüb. Cun Cuanikonun Elvis haqda xatirələrinə görə, kral qadın dərisi atlas parçaya bənzədirmiş. O, anasına o qədər bağlı olub ki, hətta ona məktəb yoldaşları “ana uşağı” deyə lağ edirmişlər. Anasının sözlərinə görə, Elvis gənc yaşlarına qədər onunla eyni çarpayıda yatıb. Səbəb təkcə anasının ona bağlılığı deyil, həm də kasıblıq olub. Evdə cəmi bir çarpayı olub. Qleydis Presli oğlunun şöhrətinə və ondan getdikcə uzaqlaşmağına dözməyərək içkiyə qurşanıb və 1958-ci ildə vəfat edib. “Sevgiliydik, amma yatmamışıq” “Satnin” ləqəbinin ikinci sahibkarı olan Cun Cuaniko “Elvis - xatirələr alatoranlığında” adlı kitabın müəllifidir. Cuanikonun yazdıqlarına görə, onlar uzun müddət sevgili olsalar da, heç vaxt yatmayıblar: “Mən bakirə idim. Elvis heç cür cürət edə bilmirdi. Onunla dəfələrlə təklikdə qalırdıq, amma o, hər dəfə məndən üzr istəyib davam edə bilməyəcəyini deyirdi”. O, Elvisin sevgilisi olub, amma yatmadığı ilk qadın deyil. “Playboy” ulduzu və aktrisa Cun Uikilson kralı belə xatırlayır: “Onunla tanış olduq. Məni “Beverly Wilshire” otelində axşam yeməyinə dəvət etdi. Gözəl bir axşam yeməyində sonra otağa qalxdıq. Elvis məni yatağa uzatdı və iki saat mənim üçün mahnı oxudu. Səhəri gün yenə yeməyə dəvət etdi. Yenə heç nə olmadı. Çox dostcanlı, səmimi idi. Onun ağlında seksdən başqa hər şey vardı. Sonra mən başqa ölkəyə getdim və bir daha rastlaşmadıq…” Sürətlə sevgili dəyişən Elvis Cun Cuanikodan ayrılan kimi adı amerikalı aktrisa Natali Vudla hallanmağa başlayıb. Vud isə müsahibələrinin birində: “Elvis yaxşı oxuyur, amma bundan başqa heç nə bacarmır”,- deyib. Elvisin bioqrafiyasını yazan Albert Qoldman onun seks həyatının əsgərlikdə olan vaxt fahişələrlə başladığını və həyatında olmuş heç bir qadın onu çılpaq görmədiyini yazıb. Çünki Elvis həddən artıq utancaq olub. Digər amerikalı aktrisa Kasandra Petterson isə Elvisin “impotent” olduğunu deyib: “Elvislə yataq otağına keçdik və bütün gecə ancaq söhbət etdik. O, əsl “impotent” kimi davranırdı”.Prissila Presli – Elvisin “pedofiliya”sı “Atlas” ləqəbinin sonuncu sahibkarı isə Prissila Presli olub. Onlar 1959-cu ildə Almaniyada tanış olublar. Elvis burada əsgərlik çəkirib. 24 yaşlı Elvis özündən on yaş balaca Prissila ilə münasibətə başlayıb. Krala bu münasibətinə görə “pedofil” deyənlər də az olmayıb. Onlar 7 ildən sonra evləniblər və 1968-ci ildə Liza Mariya adlı qızları doğulub. Prissila Presli də Elvis haqda xatirələr kitabı yazıb. O, yoldaşının narkotik aludəçisi olduğunu və bunun təsiri altında tamamilə başqa birinə çevrildiyini yazıb: “Boşanmaq istədiyimi dedim. Elvis dərmanların təsiri altında idi. Qərarıma etirazını məni zorlamaqla bildirdi”. Prissila da digər qadınlar kimi Elvisin o qədər də seks düşkünü olmadığını yazıb:“Elvisə qadın deyil, ana lazım idi. O, seks haqda düşünmürdü. Hətta mən ana olandan sonra münasibətimizdə canlanma yaranmışdı. Sanki mənə sevgisi artmışdı”. Elvis və Prissila 1978-ci ildə boşandılar. Elvis bir daha nə evləndi, nə də başqa uşağı oldu…Elvisin bacardıqları və bacarmadıqları Elvisin bir müddət cangüdəni işləmiş Alan Fortis də Presli haqda maraqlı faktlar danışıb: “Elvisin azyaşlı qızlardan xoşu gəlirdi. Bəzən 14-15 yaşlı qız pərəstişkarlarına zəng vurub motosikletdə gəzinti təklif edirdi. Onlarla yatmağı heç düşünmürdü. Maraqsız insan idi. Onun tək xoşladığı şey – bütün gün uzanıb televizora baxmaq və danışmaq idi”. “Onun qəribə maraqlarından biri də fetişist olmağı idi. Presli qadınların ayaq barmaqlarını sovurmağı çox sevirdi”. Aktrisa Kubil Şepherd isə Elvisin heç də “seks bomba” olmadığını və oral seksdən utandığını açıqlayıb: “O, mənim çılpaq bədənimin hər yerini öpürdü, bircə oral seksdən imtina edirdi. “Ağ oğlanlar bunu etmirlər”,- deyərək həmişə qarşı çıxır və göbəyimdən aşağıya toxunmurdu”. Linda Tomson - “Mammi” 1972-ci ilin yay ayında 22 yaşlı Linda Tomsonla Elvis Memfis teatrında tanış olublar. Linda dörd il ərzində onun sevgilisi və “anası”olub. Cütlüyün yaxın dostlarından olan Marti Leykr onları belə xatırlayıb: “Linda onun görüşdüyü ən mükəmməl qadın idi. Ona “Mammi” deyirdi. Linda Elvis yuxuya getməyincə onun yanından ayrılmırdı. Onun qayğısına hamıdan çox qalırdı”. Ancaq Linda da Prissili kimi Elvisi tərk edib. Səbəb isə rok kralının narkotikə bağlılığı olub: “Elvis gözümün qabağında özünü məhv edirdi. Tez-tez ürəkağrıları olurdu. Bundna başqa, tamamilə “impotent” olmuşdu. Sevdiyim insanı bu cür görməyə dözə bilmirdim”. Cincer Alden – sonuncu mənzil Linda ilə münasibəti bitər-bitməz kral yeni bir sevgili tapır. 19 yaşlı Cincer Elvisi dəyişməyə və onu sosiallaşdırmağa çalışıb, ancaq daima narkotikin təsiri altında olan kral buna etiraz edirmiş. Buna baxmayaraq, onlar evlənməyə hazırlaşırdılar, ancaq 1977-ci ildə Cincer 42 yaşlı Elvisi evində ölü tapır...

Və kralın qadınlar üzərindəki hakimiyyətinə beləcə son qoyulur...

mənbə: kulis.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb