“Tənqidlərə fikir vermirik”.
“Eurovision-2016” təmsilçimiz Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva qızının geyimi ilə bağlı sərt tənqid olunmasına münasibət bildirib.
Açıqlama verən İ.Baxşıyeva buna normal yanaşdığını deyib.
“Biz bu cür tənqidlərə fikir vermirik. Hər zaman Səmraya da məsləhət verirəm ki, tənqidlərə əhəmiyyət verməsin. O da elə edir. Onun hələ ailə qurmasını istəmirəm. Nə zaman ailə qurmaq istəsə, onun avropalı bəylə ailə qurmasını istərdim. Çünki ailə qurub, sənətdən uzaqlaşmasını istəmirəm. Hər şeyin öz vaxtı var. Hələ ki, bütün diqqətini sənətinə yönəldib”, - deyə Baxşıyeva bildirib.
///Lent.az