“Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində builki iştirakı başdan-ayağa biabırçılıqdır”.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının (MMP) sədriHafiz HacıyevAzərbaycanın “Eurovision-2016” müsabiqəsində ilk onluğa belə düşə bilməməsinin səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda istedadsızların irəli çəkilməsi praktikası bu dəfə daha qabarıq görünüb:
“Təbii ki, Azərbaycan təmsilçisinin bu müsabiqədə belə biabırçı nəticə göstərməsi hamı kimi məni də təəssüfləndirir.
Aydın görünür ki, Azərbaycanın müsabiqə hazırlıqları ilə məşğul olan qurumları, mütəxəssisləri öz işlərinin öhdəsindən gəlməyiblər.
Bundan başqa, “Eurovision”da biabırçı çıxışımızın əsas səbəblərindən biri də uğursuz müğənni seçimidir.
Əgər bu cür nüfuzlu, dünyanın yarısının izlədiyi, ölkəmizin təbliğatı üçün əla imkan olan bir müsabiqəyə də onun-bunun xahişi ilə müğənni seçib göndərirlərsə, nəticə belə də olmalıdır.
O qızı kim, seçmişdi, nəyə görə seçmişdi, cavab verməlidirlər. Təsəvvür edin, “Eurovision” səhnəsinə bizim ifaçı çıxır, amma orada Azərbaycanı xatırladan, göstərən heç nə yoxdur.
Bu da onu göstərir ki, Azərbaycanda istedadlar qalıb kənarda, istedadsızları isə “dayı”ları qabağa çəkirlər. Buna nəhayət ki, son qoyulmalıdır”.