"Kayrat"ın futbolçusu "Çelsi"yə transfer olunur

"Kayrat"ın futbolçusu "Çelsi"yə transfer olunur
İDMAN
15:50 06.11.2025
192
Qazaxıstanın "Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin 17 yaşlı hücumçu Dastan Satpayevin İngiltərənin "Çelsi” klubuna transferi barədə danışıb.

AZXEBER.COM xəbər verir ki, təcrübəli mütəxəssis Satpayevin son illərdə Qazaxıstan futbolunun parlayan ulduzlarından biri olduğunu bildirib:

"Dastan son illərdə Qazaxıstanda parlayan ən böyük istedadlardan biridir. Onun çox böyük potensialı var və artıq bu yaşda yetkin oyun nümayiş etdirir. Bu mövsüm komandamızın liderlərindən birinə çevrildi, vacib qollar vurdu və çempionluğumuzda böyük pay sahibi oldu. Əsas odur ki, o, düzgün mühitə düşsün”.

Urazbaxtin "Çelsi”yə keçidin futbolçunun inkişafı üçün əla fürsət olduğunu da qeyd edib:

 "Ümid edirik ki, artıq o, doğru əllərə düşüb. Təsadüfi deyil ki, "Çelsi” ona maraq göstərdi. Biz onu müəyyən mərhələyə qədər yetişdirəcəyik, sonra isə "Çelsi”nin ixtiyarına verəcəyik. Orada çox peşəkar mütəxəssislər var və Dastanın inkişafı üçün ən doğru qərarları verəcəklərinə inanıram”. 

Qeyd edək ki, gənc futbolçu yeni klubuna 2026-cı ilin yayında qoşulacaq.

Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR