'Onun əsas səhvi Azərbaycana silah satan Rusiyaya etibar etməsidir'
DÜNYA
16:28 31.07.2014
1029
Ermənistanın Milli İstiqlal Birliyi Partiyasının lideri Paruyr Ayrikyan bu gün yayılmış bəyanatında prezident Serj Sarkiyanı istefa verməyə çağırıb.Ayrikyan Sarksiyanın sabiq Ukrayna prezidenti Yanukoviçdən nümunə götürərək vəzifədən getməsini məsləhət görüb. “Xarici siyasət orientasiyası məsələsində iflasa uğramış Yanukoviç vəzifədən getməyə məcbur oldu. Serj Sarkisyan da iflasa uğradı və o da getməlidir. Nə qədər tez getsə bizdən ötrü bir o qədər yaxşıdır”.