"Belə sənətkarlar həyata yüz ildən bir gəlir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
Xanəndə bildirib ki, Arif müəllimin yoxluğu ilə barışmaq onun üçün çox çətindir:
"Arif müəllim kimi insanlar həyata yüz ildən bir gəlirlər. Onu bütün xalq sevirdi. Biz illərlə birlikə çalışmışıq, müsabiqələrdə münsif olmuşuq, 20 il kafedramızın müdiri olub. Onun haqqında keçşmiş zamanda danışmaq mənim üçün çox çətindir. O çox sadə, mehriban, gənclərə dəstək olan insan idi. Allah ona rəhmət eləsin, xalqımızın başı sağ olsun. Arif müəllimin vəfatı mədəniyyətimiz üçün çox ağır itkidir".
Aysel