İradə ötən gün Türkiyənin TMB kanalında “Nurseza ilə günün ritmi” verilişinin qonağı olub.
AZXEBER.COM-un məlumatına görə, sənətçi canlı efirdə sənəti, ailəsi, Azərbaycan şou-biznesi barəsində danışıb. Öncə yeniliklərini bölüşən İ.İbrahimva repertuarını Murad Dalklılıcın və bir necə türk və azərbaycanlı bəstəkarın nahnıları ilə yeniləyəcəynin bildirib. Bildirib ki, müqavilə əsasında çalışdığı “Promore” musiqi şirkəti onun sinqlını hazırlayır. Bura onun 2 məşhur mahnısının Türkiyə türkcəsində yazılmış variantı və 3 yeni mahnı daxildir. Meneceri Ulqar Ateş və mahnıların hazırlanmasında ona yardımçı olan Ozan Çolaqoğlu ilə calışdığını xatırladan İradə xanım ətrafında məhşur olduğu qədər peşəkar heyətin birləşdiyini xatırladıb:
“Həqiqətən də boyük zəhmət hesabına layihələr ərsəyə gətirik. Onun nə qədər seviləcəyi şansa bağlıdır”.
Sənətçi qarşıdakı aylarda klip çəkilişi, konsert hazırlığının olduğunu bildirib. Daha sonra qızı İpəkdən danışan müğənni övladının ona çox bağlandığını qeyd edib:
“Analıq bir başqa hissdir. İpəyin bu ayın 11-i 2 yaşı tamam olur. Artıq böyüyür. Amma məndən ayrı qala bilmir. Çəkiliş olanda onu qoyub gedəcəyimi düşünüb üzülürəm. Amma sənət üçün də çalışmalıyam. Canlı efirdə məni görəndə ekranı qucaqlayıb “anamı istiyirəm” - deyib ağlayır. Bunu eşidəndə kövrəlirəm”.
Azərbaycan şou-biznesindən danışan sənətçi hadisələri Türkiyədən sıx izləyə bilmədiyni söylədi.
“Bakıya tez-tez gedib gəlirəm. Həyat yoldaşım Ceyhunun işdən imkanı olanda bizə qoşulur. Sənətçi dostlarımla münasibətim yaxşıdı. Gedəndə zaman tapdıqca onlarla görüşür, zəngləşirik. Şou-biznesdə reklam pis və yaxşı ola bilər. Mən heç zaman pis reklamı qəbul etməmişəm” – deyə sənətçi bildirib.
Ozal İbrahimli