Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva dünən müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
AZXEBER.COM xəbər verir ki, mərhum millət vəkili bu gün 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Vida mərasimində iştirak edən Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Qənirə Paşayevanın ölümündən kədərləndiyini ifadə edib:
"Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq”.
Həmin videonu təqdim edirik:
Günel










































