Baxımlı telelayihələri gerçəkləşdirməyə müvəffəq olan Zaur Baxşəliyev ötən gün elə doğma hesab etdiyi telekanalın studiyasında fotoaparatımızın obyektivinə yaxalanmaqdan özünü sığortalaya bilmədi. AZXEBER.COM-un məlumatına görə, milli.Az-ın əməkdaşı tərəfindən izlənildiyini görən Zaur, yorğun görkəmi ilə poza verməməkdə əmin görünürdü. Amma çıxış yolu yox idi. Giriş-çıxış üçün cəmi bir qapının olması onu gülməyə vadar etdi. Guya bizi yeni görürmüş kimi gülüşü çöhrəsinə hakim kəsdirdi, "hər şey əladır" jesti ilə buna həm bizi, həm də özünü, həm də şəkil çəkdirdiyi iki xanım iş yoldaşını inandırmağa çalışdı. Yəqin ki, Baxşəliyevin şaxtalı qış günlərində dəyişən imici də diqqətinizdən yayınmadı. Teleaparıcı soyuqdan qorunmaq üçün bütün geyim aksesuarlarını xüsusi zövqlə əyninə yaraşdırıb.