Mingəçevirdə yeniyetmənin bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata görə, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.
Faktla bağlı araşdırma aparılır.