Opera ifaçımıza mükafat verildi - FOTOLAR

MAQAZİN
17:39 26.08.2014
1518

Azərbaycanda da yaşayıb fəaliyyət göstərən opera ifaçısı Oya Ergün ölməz sənətkarımız Rəşid Behbutovun mahnılarıdan ibarət hazırladığı “Sevgilim” albomuna görə mükafatlandırılıb.

AZXEBER.COM-un məlumatına görə, Ergün Azərbaycanda “Show production”ın təşkilatçılığı hər il keçirilən “İlin favoriti” mükafatına laiq görülüb. Öz növbəsində, Oya xanım onun işini dəyərləndirərək “İlin Uğurli Albomu” mükafat laiq görən gənc təşkliatçı “Show production”nun rəhbəri Vüsal Həsənov öz təşəkkürlərini bildirib: “ Gənclərinin mənim işim dəyərləndirib, ölməz Rəşid Behbutov mahnılarında ibarət hazırladıqım albomuma görə mənə mükafat vermələri məni çox sevindirdi. Bütün təşkilatçılara öz təşəkkürlərimi bildirəm”.

Xatırladaq ki, “Show production”ın təşkil etdiyi “İlin favoriti” mükafatı mədəniyyət, incəsənət, KİV və biznes sahəsində uğurları ilə seçilən insanlara təqdim edilir.

Məlumat üçün bildirək ki, Oya Ergün Rəşid Behbudovun mahnılarından ibarət albomu Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlamışdır.

OXŞAR XƏBƏRLƏR