Qurumun fəaliyyəti hesabların inkişaf strategiyasının hazırlanması, yayımçıların agentlik sisteminə inteqrasiyası, kontent istiqamətində məsləhətlərin verilməsi, platforma qaydalarına uyğun idarəetmə və yaradıcıların uzunmüddətli inkişafının təşviq olunmasını əhatə edir.
Agentliyin rəhbərliyinin sözlərinə görə, layihənin əsas məqsədi yerli TikTok yaradıcılarının fəaliyyətini daha planlı və peşəkar səviyyəyə çatdırmaqdır. Bildirilir ki, agentlik işini şəffaflıq, məsuliyyət və platforma standartlarına tam uyğunluq prinsipləri üzərində qurur.
Qeyd olunur ki, Oqtay Bağırlı sosial media sahəsində topladığı praktiki təcrübəni agentliyin fəaliyyətində tətbiq edərək, rəqəmsal mühitdə fəaliyyət göstərən yaradıcıların inkişafına töhfə verməyi qarşıya məqsəd qoyub.













































