Milli Məclisin sədri Oqtay Əsədov parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə xəbərdarlıq edib.
"Report”un xəbərinə görə, O.Əsədov H.Rəcəbliyə deyib ki, mətbuata müsahibə verərkən diqqətli olmalıdır: "Gündəmdə qalmaq üçün müsahibə vermək olmaz”.
Qeyd edək ki, Hadı Rəcəbli bir müddət öncə verdiyi müsahibədə Qarabağ əlillərini təhqir etmişdi.