"Orada keçirilən mitinq Azərbaycan suverenliyinə dəstəkdir" - Deputat

"Orada keçirilən mitinq Azərbaycan suverenliyinə dəstəkdir" - Deputat
SİYASƏT
12:27 13.12.2022
398
"10 Noyabr 2020-ci il Bənannaməsinin müvafiq müddəalarına uyğun olaraq Rusiyanın "sülhməramlı" qüvvələri ərazimizdə yerləşən zaman paralel olaraq oradan Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini çıxartmalı idi. Amma bunu etmədilər, əksinə "sülhməramlı" qüvvələr həmin tör-töküntüləri stimullaşdırmaq üçün nə mümkündürsə, onlar üçün etdilər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, qeyd edib ki, həmin qüvvələr Azərbaycanın suverenliyinə təhdid törədən müxtəlif təxribatların müəllifi kimi çıxış etdilər:

"Onlara silah təchizatından başlamış təlimlərə qədər bütün addımlarını atdılar. Azərbaycanın suverenliyinə təhdid törədən ən müxtəlif təxribatların müəllifi kimi çıxış etdilər. Bunun qarşısını almaq üçün Azərbaycanın qəhrəman Silahlı Qüvvələri lazımı addımları atdı. Hətta Qarabağda yaşayan quldur erməni dəstələrinin fəaliyyətini gücləndirmək, onların revanşist hərəkətlərini həvəsləndirmək üçün sözün həqiqi mənasında "sülhməramlı" qüvvələrin missiyasından kənar Rusiyanın niyyətlərini həyata keçirən hərbi dəstə kimi özlərini ifadə etdilər”.

Deputat qeyd edib ki, bu məsələlərdən sonra Azərbaycan dövləti konkret addım atmağa məcbur qaldı:

"Bu gün o davam olunmaqdadır. Laçın humanitar yolundan Azərbaycana düşmən kəsilən ayrı-ayrı siyasətçilər Xankəndinə ardı-arası kəsilmədən səfərlər etdilər. Hətta İrandan silah-sursat daşındı. Bu yaxınlarda İranın 27 nəfər diversantı "sülhməramlılar"ın birbaşa himayəsi altında Xankəndidə İranın göndərmiş olduğu silahlardan istifadə üçün erməniləri təlimatlandırmağa başladı. Nəhayət, Azərbaycanın yeraltı sərvətlərini vəhşicəsinə talan edib, onu bazara çıxararaq silah alıb yenidən həm Ermənistanı, həm də separatçıları silahlandırmaq kimi bir missiyanın himayəçisi oldular. Azərbaycan dövləti də konkret addım atmağa məcbur qaldı və bəlli olduğu kimi müvafiq qurumlar talan edilən və böyük ekoloji terror törədilən ərazimizdə monitorinq keçirmək məqsədilə ermənilərin yaşadığı ərazidə canişin funksiyasını yerinə yetirən Volkovla danışıq apardılar. Onun da razılıq verməyinə baxmayaraq, dünən oraya gedən bizim yüksək səviyyəli mütəxəssislərimizin qarşısını kəsdilər. Arxalarında da bir-iki əsgər mundiri geyinən erməniləri və 5-10 nəfər başıpozuq adamların görüntüləri yayıldı. Azərbaycanın ərazisinə Azərbaycanın rəsmi qurumlarını buraxmıadılar. Bu artıq qırmızı xəttin tam keçilməsi idi və həqiqətən Rusiyanın tamamilə Azərbaycana qarşı qeyri-səmimi konkret münasibətinin göstəricisi idi”.

F.Ağamalı həmin qüvvələrin sülhməramlı deyil, erməniməramlı olduğunu deyib:

"Volkov və onu himayə edən, ona təlimat verən Rusiyanın hərbi-siyasi rəhbərliyinin maskası yırtıldı. Bəlli oldu ki, bunlar sülhməramlı deyil. Bunlar erməniməramlıdır. Erməninin yanında olan, erməniyanlı olan hərbi qüvvələrdir. Nəhayət, ötən gün bir sıra QHT təmsilçiləri həmin əraziyə getdi və orada etiraz mitinqinə start verdi. Çox haqlı olaraq həm də Xankəndi-Gorus yolunu bağladı. Giriş-çıxışın vətənpərvər övladlarımız tərəfindən qarşısı kəsildi. Orada keçirilən mitinq Azərbaycan suverenliyinə dəstəkdir. Onlar erməniyanlı Rusiyanın qüvvələrinə isə dinc etiraz aksiyası etdilər. Bu aksiya sona qədər getməlidir. Biz də xüsusi Bəyanat yaydıq, vətənpərvər soydaşlarımıza haqq qazandırdıq. Ehtiyac olarsa, partiyamızın çoxsaylı üzvlərilə də bu aksiyada iştiraka hazır olduğumuzu önə çəkdik. Nəhayət, "Azərişıq ASC”nin Rusiyanın "sülhməramlı" dəstələrinin nəzarət etdiyi ərazidə Azərbaycan bayrağının qaldırılması çox ciddi bir hadisə kimi tarixə düşdü. Bu, xalqımızın dinc yolla öz bayrağını məhz Xankəndinin beş metrliyində qaldırması vətənpərvərliyin və cəsarətin ciddi nümunəsidir”. 

"Rusiya "sülhməramlılar"ının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri "Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirirlər. Aksiyaçılar Rusiya "sülhməramlı" kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər. Aksiya keçirilən əraziyə rus "sülhməramlılar"a dəstək üçün əlavə qüvvə cəlb edilib. Əvvəlcə onu qeyd edim ki, Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir. Azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb "sülhməramlılar"ın müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir”.

Bu sözləri isə AZXEBER.COM-a açıqlamasında politoloq Turan Rzayev sözügedən məsələyə münasibət bildirərkən deyib. O, son olanlar haqqında bunları deyib:

"Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir”. 

Politoloq qeyd edib ki, ilin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər:

"Aydın məsələdir ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək. Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi.

İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi.

Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət "Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
Bakıda kişi restoranda iftar zamanı öldü
16:48 17.03.2025
Bakıda kişi restoranda iftar zamanı öldü
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
16:42 17.03.2025
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
16:37 17.03.2025
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
Türkiyədə silahlı hücum baş verdi
16:35 17.03.2025
Türkiyədə silahlı hücum baş verdi
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
16:22 17.03.2025
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
16:17 17.03.2025
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
Azərbaycanda boşanma sayı çoxalıb
15:56 17.03.2025
Azərbaycanda boşanma sayı çoxalıb
Pavel Durov aylar sonra Dubaya qayıdıb
15:37 17.03.2025
Pavel Durov aylar sonra Dubaya qayıdıb
Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək
15:36 17.03.2025
Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək
"“Onlayn çat” xidməti vasitəsilə 7500-dən çox vətəndaş müraciəti cavablandırılıb" -  Çağrı mərkəzinin rəhbəri
15:33 17.03.2025
"“Onlayn çat” xidməti vasitəsilə 7500-dən çox vətəndaş müraciəti cavablandırılıb" - Çağrı mərkəzinin rəhbəri
Fransalı siyasətçi "Azadlıq heykəli"nin geri qaytarılmasını istəyir
15:25 17.03.2025
Fransalı siyasətçi "Azadlıq heykəli"nin geri qaytarılmasını istəyir
Azərbaycan Prezidenti şimali makedoniyalı həmkarına başsağlığı verib
15:25 17.03.2025
Azərbaycan Prezidenti şimali makedoniyalı həmkarına başsağlığı verib
Ölkədə doğulanların sayı artıb
15:20 17.03.2025
Ölkədə doğulanların sayı artıb