Orban 2034-cü ilə qədər Macarıstanın Baş naziri vəzifəsində qalmağı planlaşdırır

Orban 2034-cü ilə qədər Macarıstanın Baş naziri vəzifəsində qalmağı planlaşdırır
DÜNYA
19:37 10.09.2023
276
Macarıstanın Baş naziri Viktor Orban ölkənin Vətəndaş Forumunun fəalları ilə görüşündə çıxışı zamanı bildirib ki, o, 2034-cü ilə qədər hakimiyyətdə qalmağı planlaşdırır.

"Report”un məlumatına görə, bu barədə "Telex” xəbər verib.

Baş nazir qeyd edib ki, Ukrayna münaqişəsi və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları nəticəsində iqtisadiyyatda yaranan çətinliklər səbəbindən rəhbərlik etdiyi kabinetin populyarlığı azalıb.

O əlavə edib ki, Qərbdə yanlış təsəvvür var ki, münaqişədə Ukrayna üstündür və Rusiyanı məğlub etmək mümkün deyil.
OXŞAR XƏBƏRLƏR