Orban: Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır

Orban: Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır
DÜNYA
20:24 07.06.2025
1025
Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır, lakin Macarıstan atəşkəs və sülh danışıqlarına çağırır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "X” sosial şəbəkəsində bildirib.

"Brüssel Ukraynanı qitəni qoruyan qalxan kimi təqdim edərək, Avropanı onillik münaqişəyə doğru sövq edir. Amma mən başqa yolla getməyi üstün tuturam: Biz gərginliyi təşviq etmək əvəzinə, danışıqlar yolu ilə atəşkəsə, sülhə və təhlükəsizliyə çağırırıq”, - deyə o bildirib.

Orban əlavə edib ki, alovun üstünə yanacaq əlavə etməklə söndürə bilməzsiniz.
OXŞAR XƏBƏRLƏR