Qərb müharibəni davam etdirmək istəyir və bu, NATO-nun sammitində də öz təsdiqini tapdı. Sülhdən az söhbət gedir, ona görə də müharibə yaxın gələcəkdə bitməyəcək və sanksiyalar aradan qaldırılmayacaq.
Bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunda yayımlanan "Sabahın xeyir, Macarıstan" proqramında deyib.
"Sülhdən demək olar ki, söhbət getmir, ona görə də müharibə yaxın gələcəkdə bitməyəcək və sanksiyalar aradan qaldırılmayacaq. Onlar olmasaydı, biz normal iqtisadi inkişaf yoluna qayıda bilərdik", - o bildirib.
Macarıstan hökumət başçısı NATO-nun sammitində Ukraynanın maraqlarının ifadə olunmasının qarşısının alınmasının vacib olduğunu deyib və əlavə edib ki, bunun qarşısının alınmaması "dünya müharibəsi riski"nə səbəb ola bilər.
Orban Britaniya müdafiə nazirinin NATO sammitindən sonra Ukrayna Prezidentini təşəkkür etmədiyinə görə tənqid etməsi ilə bağlı məsələyə də münasibət bildirib. "Əgər çətinlik çəkirsinizsə və kömək istəyirsinizsə, özünüzü düzgün aparın", - Baş nazir əlavə edib.
Onun sözlərinə görə, Ukrayna çox çətinlik çəkir, "ancaq eyni zamanda, Ukraynanın mövqeyini qəbul etməmək vacibdir, çünki bu, bizi müharibəyə sürükləyə bilər”.
Orban Ukrayna Prezidenti Zelenskinin ABŞ-ın müharibəni beş dəqiqəyə bitirə biləcəyi ilə bağlı bəyanatı ilə razılaşdığını əlavə edib: "Amerikalılar müharibənin bitməsini istəsələr, bu, sabah bitəcək.
NATO sammitində amerikalıların bunu niyə istəmədiyinə dair cavab ala bilmədik”.
///Apa